Azərbaycan Ordusunun hərbi hissələrinə sürücü axtarılır.Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.Qeyd olunub ki, vakant sürücü vəzifələrinə mülki işçilərin qəbulu elan edilir.Tələb olunan sənədlər aşağıdakılardır:- C, D, E kateqoriyalı sürücülük vəsiqəsi;- şəxsiyyət vəsiqəsi;- hərbi biletin surəti;- tərcümeyi-hal (əlyazma ilə 1 nüsxədə, çap edilmiş 2 nüsxədə);- rəngli fotoşəkil (2 ədəd 3x4 sm və 2 ədəd 4,5x6 sm ölçüdə);- qeydiyyatda olduğu poliklinikadan (dəri-zöhrəvi, vərəm, ruhi-əsəb, narkoloji xəstəliklər barədə) arayış.