EN

“Ana dili – Azərbaycan məktəbi” layihəsi üzrə növbəti qeydiyyat prosesinə başlanılır

“Ana
Avqustun 21-dən Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən həyata keçirilən “Ana dili – Azərbaycan məktəbi” layihəsinə növbəti tədris ili üzrə qeydiyyat prosesi elan edilir. 1news.az xəbər verir ki,“Ana dili – Azərbaycan məktəbi” ölkəmizdən kənarda yaşayan müxtəlif yaş qruplarından olan soydaşlarımız üçün Azərbaycan dilində məsafədən öyrənmə imkanı təmin edən layihədir.
Layihədə iştirak etmək istəyən şəxslər öz yaş və dilbilmə səviyyələrinə, həmçinin vaxt zonasına uyğun yaradılan qruplarda ana dili dərslərinə cəlb olunurlar. Dərslər həftədə 2 dəfə olmaqla “Microsoft Teams” platforması üzərindən peşəkar müəllimlər tərəfindən ödənişsiz əsaslarla keçirilir. Tədris proqramının məzmununa ölkəmizin tarixi, ədəbiyyatı, coğrafiyası və mədəniyyəti haqqında məlumatlar daxildir. Linkə keçid etməklə “Ana dili – Azərbaycan məktəbi”nə qeydiyyatdan keçmək mümkündür: https://forms.gle/VqpmebKNWaF94on29 Qeyd edək ki, ötən ildən start verilən layihəyə Rusiya, İran, Almaniya, ABŞ, Avstraliya, Böyük Britaniya, BƏƏ, Türkiyə, İsveç, Fransa və digər ölkələrdə yaşayan həmvətənlərimizdən ibarət 30 qrup üzrə 500-dən çox şəxs qoşulub. İki yarımil davam edən layihə 6-18 yaşlı şəxslər üçün nəzərdə tutulsa da, çoxsaylı istəklərə görə 18 yaşdan yuxarılar üçün əlavə 2 qrup təşkil olunub. Layihənin sonunda isə imtahandan uğurla keçən iştirakçılara sertifikatlar verilib. Daha ətraflı: https://anadili.agma.az/

Whatsapp: + 994 51 226 71 21

Chosen
110
8
1news.az

10Sources