EN

Oryol vilayətində Ukraynaya məxsus pilotsuz uçan aparat vurulub

Noyabrın 14-də səhər saatlarında Oryol vilayətində Ukraynaya məxsus təyyarə tipli pilotsuz uçuş aparatı hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.

 

Oxu24.com xəbər  verir  ki,bu barədə vilayətin qubernatoru Andrey Klıçkov özünün Telegram kanalında məlumat verib.

 

Hadisə Oryol vilayətinin şimal-qərbində baş verib.

 

Rəsmi əmin edib ki, infrastruktura heç bir ziyan və tələfat olmayıb.

 

O əlavə edib ki, əhalinin təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görülür.

 

Noyabrın 10-da Klıçkov Oryol vilayətinin Livenski rayonunda vurulan pilotsuz təyyarənin yerli elektrik xəttini zədələdiyini bildirib.

 

Həmin gün Rusiya Müdafiə Nazirliyi Oryol vilayətində hava hücumundan müdafiə sistemlərinin işə salındığını elan edib. İdarədən verilən məlumata görə, bölgə səmasında təyyarə tipli PUA məhv edilib.

 

Daha əvvəl Rusiyanın harda dron operatorlarının təliminə başlayacaqları bəlli olub.

 

Müəllif:Nigar

 

Chosen
847
9
oxu24.com

10Sources