EN

Boneyr nümayəndələri müstəmləkəçiliyə qarşı mübarizə ilə bağlı dünyaya müraciət edəcəklər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Boneyr adasından olan qonaqlar avqustun 22-də Bakı Təşəbbüs Qrupu (BTQ) ilə birlikdə müstəmləkəçiliklə mübarizə çərçivəsində keçirilən tədbirdə dünyaya müraciət edəcəklər".
"Report" xəbər verir ki, bunu BTQ-nin rəhbəri Abbas Abbasov jurnalistlərə açıqlamasında deyib.
"Avqustun 22-də BTQ-nin növbəti tədbiri keçiriləcək. Cari ilin oktyabrında Boneyr adası BMT-yə qətnamə layihəsi təqdim edəcək. Onların Bakıdakı nümayəndələri BTQ ilə birlikdə konfrans keçirmək üçün müraciət etmişdilər və biz sabah Niderlandın müstəmləkəçiliyindən əziyyət çəkən Boneyr xalqı üçün tədbir keçirəcəyik. Onlar bu tədbirdə sözügedən qətnamə layihəsi BMT-yə təqdim edilməzdən əvvəl dünyaya müraciət edəcəklər", - deyə o bildirib.
Chosen
76
50
oxu.az

7Sources