Finlandiya hakimiyyəti Rusiya vətəndaşlarının daşınmaz əmlak almasına tam qadağa tətbiq edəcək qanun layihəsi hazırlayıb.
Moderator.az axar.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Antti Hyakkyanen deyib.
"Bu qanun layihəsi payızın əvvəlində hökumət tərəfindən müzakirə olunacaq", - məlumatda deyilir.
O, əlavə edib ki, təşəbbüs yaxın iki həftə ərzində Nazirlər Kabinetinə təqdim olunacaq.