EN

"Atletiko Madrid" "Çelsi"nin futbolçusunu heyətinə qatıb

İngiltərənin "Çelsi" klubunun yarımmüdafiəçisi Konor Qallaher İspaniya təmsilçisi "Atletiko Madrid" ilə razılığa gəlib.

İngiltərəli oyunçu ilə 5 illik müqavilə imzalanıb.

Bu transfer paytaxt təmsilçisinə 40 milyon avroya başa gəlib.

Qeyd edək ki, Qallaher ötən mövsüm "Çelsi"nin heyətində bütün turnirlərdə 50 oyun keçirib və 7 qola imza atıb.

Chosen
31
10
cbcsport.az

10Sources