UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk görüşündə Türkiyənin "Qalatasaray" klubu İsveçrənin "Yanq Boys" kollektivi ilə qarşılaşıb.
Yenisabah.az xəbər verir ki, "Stad de Syuiss"də baş tutan oyun Türkiyə klubunun 2:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
"Cim-bom"un heyətində Mişi Batşuayi dubla imza atıb. Abdulkadir Bardakçı isə qırmızı vərəqə alaraq komandasını son dəqiqələrdə azlıqda qoyub. Sayt yaratmaq
Qeyd edək ki, "Qalatasaray" və "Yanq Boys" komandaları arasında cavab görüşü avqustun 27-si Türkiyədə gerçəkləşəcək.
Telegram kanalımız