“Zirə” bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununa çıxacaq.
Komanda.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda Kiprdə “Omoniya”nın qonağı olacaq.
GSP stadionunda keçiriləcək qarşılaşma saat 21:00-da start götürəcək. Oyunu estoniyalı hakim Yuri Frişer idarə edəcək.
Komandalar arasında cavab oyunu bir həftə sonra “Liv Bona Dea Arena”da keçiriləcək.
UEFA Konfrans LiqasıPley-off, ilk oyun
22 avqust
21:00. Omoniya (Kipr) – ZirəBaş hakim: Yuri Frişer (Estoniya).Larnaka, GSP stadionu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin EtiketlərOmoniya Zirə Futbol Klubu