EN

Konfrans Liqası: "Zirə" pley-offda ilk oyununa çıxacaq

Ölkəmizi qitənin nüfuzuna görə üçüncü klub turnirində təmsil edən "Zirə" bu gün UEFA Konfrans Liqasında növbəti oyununa çıxacaq.

Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda pley-off mərhələsinin ilk matçında Kiprdə "Omoniya"nın qonağı olacaq.

GSP stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Görüşü estoniyalı hakim Yuri Frişer idarə edəcək.

UEFA Konfrans Liqası

Pley-off mərhələsi, ilk oyun

22 avqust

21:00. "Omoniya" (Kipr) - "Zirə" (Azərbaycan)

Baş hakim: Yuri Frişer (Estoniya).

Larnaka, GSP stadionu.

Qeyd edək ki, tərəflər arasında cavab oyunu bir həftə sonra “Liv Bona Dea Arena”da keçiriləcək.

Chosen
78
8
cbcsport.az

8Sources