EN

Azərbaycanın UEFA reytinqindəki mövqeyi

style='margin-bottom:10px;'>

Avropa Liqasının və Konfrans Liqasının ötən gün keçirilən pley-off matçlarından sonra ölkələrin UEFA reytinqi yenilənib.

QOL.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Zirə" KL-in pley-offunun "Omoniya" (Kipr) ilə ilk matçında 0:6 hesabı ilə uduzub. 

Buna baxmayaraq, 18,875 xala malik ölkəmizin UEFA reytinqindəki mövqeyi dəyişməyib.  Azərbaycan sıralamada 26-cı pillədədir.

Cari mövsümdə Azərbaycan klubları 2,125 xal qazanıblar. “Zirə” 1,000, “Qarabağ” 0,750, “Sabah” 0,250, “Sumqayıt” 0,125 xal əldə edib.

25-ci yerdəki Kiprin 19.225 xalı, 27-ci pillədəki Bolqarıstanın isə 18.625 xalı var. Sıralamaya İngiltərə liderlik edir – 89,303 xal.

Chosen
142
50
teleqraf.com

10Sources