Bakı. Trend:
24 avqust saat 06:00-dan etibarən Bakı şəhəri, 8 Noyabrprospektində (Zığ dairəsindən Ramiz Quliyev küçəsinə qədər olanhissədə) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyatvasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Bu barədə Trend-ə AAYDA-dan məlumat verilib.
Məlumata görə, sürücülərdən aparılan işlərə anlayışlayanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinəuyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.