EN

“Qarabağ” İspaniya klubundan yeni oyunçu transfer edib –FOTO

“Qarabağ” klubu növbəti transferini reallaşdırıb.

Azpost.info klubun rəsmi saytına istinadən bildirir ki, İspaniyanın “Alkorkon” klubu ilə aparılan danışıqlar müsbət nəticələnib. Hücumameylli yarımmüdafiəçi Emmanuel Addai heyətə cəlb edilib.

Klubla 23 yaşlı qanalı futbolçu arasında 2 illik müqavilə imzalanıb. Addainin son komandası 2022-24-cü illərdə formasını geyindiyi İspaniya təmsilçisi “Alkorkon” olub. O, bunadək Fransada “Bobiqni” klubunda (2021-2022) çıxış edib.

Chosen
62
31
azpost.info

10Sources