EN

“Qarabağ” qanalı futbolçu ilə gücləndi

“Qarabağ” klubu növbəti transferini reallaşdırıb.

Ağdam klubundan 90deqiqe.Az-a verilən məlumata görə, bir müddətdir İspaniyanın “Alkorkon” kollektivi ilə aparılan danışıqlar müsbət nəticələnib və hücuma meyilli yarımmüdafiəçi Emmanuel Addai heyətə cəlb edilib.

“Qarabağ” klubu və 23 yaşlı qanalı futbolçu arasında 2 illik müqavilə imzalanıb. E.Addainin son komandası 2022-2024-cü illər mövsümündə formasını geyindiyi İspaniya təmsilçisi “Alkorkon” olub. O, bunadək Fransada “Bobiqni”də (2021-2022) çıxış edib.

Chosen
63
31
90deqiqe.az

10Sources