“Qəbələ” heyətini daha bir legioner futbolçu ilə gücləndirib. “Qəbələ” heyətini daha bir legioner futbolçu ilə gücləndirib. Matc.az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” Lauren Mendinin keçidini rəsmiləşdirib. 25 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb. Qeyd edək ki, seneqallı futbolçu bunadək Belçikanın “Antverpen”, Lüksemburqda “Düdelanj”, Fransada “Rasinq Besançon”, Çində “Jianqxi Luşan” klublarında forma geyinib.