EN

Millimiz 2 məğlubiyyətlə 3 pillə gerilədi

Basketbolun 3x3 növü üzrə Avropa kubokunun qrup mərhələsindən sonra qadınlardan ibarət komandaların reytinq siyahısı açıqlanıb.   Manset.az İdman.biz-ə istinadən xəbər verir ki,cədvəldə dünyanın ən yaxşı 30 komandası yer alıb. Azərbaycan millisi dünyada 16-cıdır. Yığmamızın hesabında 234,649 xal var. Avropa kubokunda aldığı iki məğlubiyyət millimizə ciddi təsir edib. Basketbolçularımız Avstriyadakı turnirdə 14,627 reytinq xalı itirib. Bu, komandamızın 3 pillə geriləməsinə səbəb olub.

Qeyd edək ki, cədvələ Kanada başçılıq edir – 571,376. Niderland (477,797) ikinci, Fransa (448,052) üçüncüdür.

Chosen
5
4
manset.az

5Sources