EN

Millimiz iki məğlubiyyətlə üç pillə gerilədi

Basketbolun 3x3 növü üzrə Avropa kubokunun qrup mərhələsindən sonra qadınlardan ibarət komandaların reytinq siyahısı açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, cədvəldə dünyanın ən yaxşı 30 komandası yer alıb. Millimiz dünyada 16-cıdı. Yığmamızın hesabında 234,649 xal var.

Avropa kubokunda aldığı iki məğlubiyyət millimizə ciddi təsir edib. Basketbolçularımız Avstriyadakı turnirdə 14,627 reytinq xalı itirib. Bu, komandamızın 3 pillə geriləməsinə səbəb olub.

Qeyd edək ki, cədvələ Kanada başçılıq edir – 571,376. Niderland (477,797) ikinci, Fransa (448,052) üçüncüdü.

Chosen
7
4
football-plus.az

5Sources