Bu gün Misli Premyer Liqasında IV turun daha bir oyunu keçirilib
Ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edən "Qarabağ" doğma meydanda "Turan Tovuz"la qarşılaşıb.
"Azərsun Arena"da keçirilən qarşılaşmada qonaqlar qələbə qazanıb - 1:0.
Oyunda yeganə qolu 18-ci dəqiqədə Otto Con Ağdam təmsilçisinin qapısından keçirib. Penalti zərbəsini dəqiq yerinə yetirən futbolçu komandasına 3 xal qazandırıb.