EN

“Neftçi” də qələbəni əldən verdi

Azərbaycan Premyer Liqasında IV turun daha bir görüşü keçirilib.

Yenicag.az xəbər verir ki, günün ikinci matçında “Araz-Naxçıvan” və “Neftçi” üz-üzə gəlib.

“Live Bona Dea Arena”da baş tutan matçda heç-heçə qeydə alınıb – 1:1.

Qarşılaşmada hesabı meydan sahibləri açıb. 16-cı dəqiqədə Ömər Buludov dəqiq zərbə müəllifi olub.

“Ağ-qaralar” yalnız 90+4-cü dəqiqədə məğlubiyyətdən xilas olub. Ramil Şeydayev fərqlənib.

Qeyd edək ki, günün ilk matçında “Turan Tovuz” səfərdə “Qarabağ”a səfərdə 1:0 hesabı ilə qalib gəlib.

Chosen
42
7
yenicag.az

10Sources