EN

“Vüqarın istədiyi qız da onun kimi bədbəxt oldu, həyat yoldaşı öldü, iki uşaqla tək qaldı”-meyxanaçının atası SİRRləri AÇDI-ÖZƏL+FOTO

“Vüqarın həm doğum, həm də anım günü avqust ayındadır. Ad günündən 5 gün sonra dünyasını dəyişib. Sənət yoldaşları, sevənləri məzarını ziyarət edirlər. İnanın ki, ad günündə qəbir üstündə adam əlindən tərpənmək mümkün deyildi. Mən gedə bilmirəm, ayaqlarım mənə əziyyət verir. Çünki ağır şəkərəm, barmaqlarım kəsilib. Vüqar ölümü ilə də insanların sevgisini qazandı, yaşamağı ilə də. Əlbəttə ki, istərdim ki, Vüqar yanımda olsun. Arzularım çox idi, hamısı ürəyimdə qaldı. Toyunu edib, övladlarını görmək istəyirdim” 
 
Bunu Moderator.az-a açıqlamasında tanınmış meyxanaçı Vüqar Biləcərinin atası Zakir Paşayev deyib. O daha sonra əlavə edib.
 
“Bu gün hamı Vüqara görə mənə hörmət edir. Vüqarın da hörmətini saxlayırlar. Kim məni görürsə ayaq saxlayır, deyir ki, Zakir əmi, buyurun. Bu onun qazandığı hörmətdir. Amma özü olmayandan sonra bu hörməti neynirəm?! Bəlkə düz demirəm?! Vüqarın bizə heç bir vəsiyyəti olmayıb. Vüqarın anası da yanında dəfn olunub. Vüqardan sonra cəmi 2 il yaşadı. Vüqar ona çox bağlı idi. Anasının xəstəliyini biləndə ayaqlarının altından öpürdü. Vüqar kimi anaya, ataya bağlı uşaq yox idi. Heç kimin xətrinə dəymirdi. Vüqar it saxlayırdı. Deyirdim ki, ay Vüqar, neynirsən bunları saxlayırsan? Deyirdi ki, ata, sən Allah belə demə, yazıqdırlar. İnsanlara da, heyvanlara da mərhəməti var idi” deyə meyxanaçının atası deyib.
 
Zakir Paşayev oğlunun sevdiyi xanımdan da danışıb.
 
“Vüqarın arzuları çox böyük idi. Sevgi onun üçün pak hisslər idi. Sonra keçdi bir xanımın əlinə. Xanım onu pula görə istəyirdi. Kim puldan əl çəkər? Həmin xanım uşağın pullarını inək kimi sağırdı. Mən gec, rəhmətə gedəndən sonra bildim bunları. Bilsəydim qoyardım ki, onunla görüşsün? Mane olardım! İndi gedib məzarını təmizləyir, özünü reklam edir. Bizim nəsilə elə şeylər yaraşmaz. Vüqarın öz istədiyi xanım olub. Bu sinif yoldaşı idi.Vüqar bir az əsəbi idi, nədənsə bu izdivac alınmadı. Həmin xanım sonradan evləndi, yoldaşı öldü, iki uşaqla təkbaşına qaldı.. O da bədbəxt oldu, Vüqar da. Bəlkə də qovuşsaydılar heç biri ölməzdi. İkisi də xoşbəxt olardı” deyə meyxanaçının atası deyib.
Chosen
157
50
moderator.az

10Sources