EN

İlon Mask ABŞ-dəki ailə faciəsindən DANIŞDI

Amerikalı milyarder və \"X\" sosial şəbəkəsinin sahibi İlon Mask ABŞ polisinin azyaşlı qızı valideynlərindən almaq cəhdlərindən danışıb.

AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, iş adamı özünün \"X\"dəki hesabında uşağın valideynlərinin onun cinsini dəyişmək qərarı ilə razılaşmadığını yazıb.

\"Bu ilin əvvəlində Kaliforniyadakı bir dostumun az qala uşağını əlindən almışdılar. Çünki o, sadəcə olaraq, qızının cinsiyyət dəyişikliyinə məruz qalmadan əvvəl bir neçə il gözləməsini istəyirdi\", - Mask bildirib.

O əlavə edib ki, dostu qızı özləri ilə aparmağa çalışan təhlükəsizlik qüvvələrinin nümayəndələrini bu fikirdən daşındıra bilib. Lakin bundan sonra ailə Kaliforniya ştatını həmişəlik tərk edib.
Chosen
153
37
azxeber.com

10Sources