EN

"Qəbələ" heyətini seneqallı hücumçu ilə gücləndirib

Yeni mövsümə hazırlığı davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

Klubdan verilən məlumata görə, “qırmızı-qaralar” Lauren Mendinin keçidini rəsmiləşdirib.

25 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb.

Seneqallı futbolçu bunadək Belçikanın “Antverpen”, Lüksemburqda “Düdelanj”, Fransada “Rasinq Besançon”, Çində “Jianqxi Luşan” klublarında forma geyinib.

Chosen
46
10
cbcsport.az

10Sources