EN

Misli Premyer Liqası: "Səbail" öz rekordunu təkrarlayıb

“Səbail” Azərbaycan çempionatlarında özünün ən böyükhesablı qələbə rekordunu təkrar edib.

Bu, Premyer Liqanın IV turunun “Kəpəz”lə ev görüşündə gerçəkləşib. "Dənizçilər" təmsilçisi Gəncə klubunu dörd cavabsız qolla üstələyib.

“Səbail” tarixində ikinci dəfə Premyer Liqa matçında 4 top fərqi ilə qalib gəlib. 2018-ci il noyabrın 10-da “Sabah”la qarşılaşmada da 4:0 hesabına sevinən “dənizçilər” həmin vaxt səfərdə qələbə qazanıb. Həmin nəticəni təkrarlayan “Səbail” evdə ən böyükhesablı qələbəsini rəsmiləşdirib.

Chosen
54
48
cbcsport.az

10Sources