EN

Sven-Yoran Eriksson vəfat etdi

İngiltərə millisinin sabiq baş məşqçisi Sven-Yoran Eriksson 76 yaşında vəfat edib.

Yanvar ayında sabiq çalışdırıcı pankreas xərçənginin terminal mərhələsində olduğunu bildirmişdi.

Eriksson karyerasının çox hissəsini İngiltərə, Meksika, Fil Dişi Sahili və Filippin kimi milli komandalarda çalışdırıb. O həmçinin “Roma”, “Benfika”, “Fiorentina” da daxil olmaqla bir sıra Avropa klublarına baş məşqçilik edib və Çində də işləyib.

İngiltərədə milli komanda ilə yanaşı, Eriksson "Mançester Siti" və "Lester Siti"ni çalışdırıb, həmçinin "Notts Kaunti" klubunun idman direktoru vəzifəsində çalışıb.

Chosen
66
cbcsport.az

1Sources