EN

Durovun həbs müddəti uzadıldı

Fransada teleqram sosial şəbəkəsinin təsisçisi Pavel Durovun həbs müddəti uzadılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Məlumata görə, sahibkar avqustun 28-i çərşənbə gününə kimi həbsdə olacaq.

Xatırladaq ki, P.Durov avqustun 24-də axşam saatlarında Parisin Le-Burje hava limanında saxlanılıb. Fransa mediası yazır ki, Durov Fransada axtarışda olan şəxslər siyahısına daxil edilib. Onun saxlanmasına dair order Fransa məhkəmə polisi tərəfindən ilkin istintaqa əsasən verilib. Fransa hakimiyyəti teleqramda moderasiyanın olmaması səbəbindən Durovu narkotik alverində, uşaqlara qarşı cinayətlərdə və dələduzluqda günahlandırır. İddialara görə, iş adamını 20 ilə qədər həbs gözləyir.

Chosen
146
11
qafqazinfo.az

10Sources