EN

Çempionlar Liqası: "Qalatasaray" İsveçrə klubunu qəbul edəcək

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start veriləcək.

Gundem.az-ın məlumatına görə, Türkiyə təmsilçisi "Qalatasaray" İsveçrənin "Yanq Boyz" kollektivini qəbul edəcək.

İstanbul klubu səfərdəki ilk görüşdə rəqibinə məğlub olub - 2:3. "Sarı-qırmızılar" turnirin əsas raunduna yüksəlmək üçün mütləq iki top fərqi ilə qalib gəlməlidir. Minimalhesablı qələbə olacağı təqdirdə əlavə vaxta ehtiyac duyulacaq.

Günün digər qarşılaşmalarında "Zaltsburq" (Avstriya) "Dinamo" (Kiyev, Ukrayna) ilə, "Sparta" (Çexiya) isə "Malmö" (İsveç) ilə münasibətlərə aydınlıq gətirəcək.

Bütün matçlar Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, cavab oyunları

 

27 avqust

23:00. "Qalatasaray" (Türkiyə) - "Yanq Boyz" (İsveçrə)

oyun - 2:3.

23:00. "Zaltsburq" (Avstriya) - "Dinamo" (Kiyev, Ukrayna)

İlk oyun - 2:0.

23:00. "Sparta" (Çexiya) - "Malmö" (İsveç)

İlk oyun: 2:0

Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsi avqustun 28-də başa çatacaq.

Chosen
102
7
gundem.az

10Sources