EN

Azərbaycan-Türkiyə münasibətləri: onları kim soyuqlaşdırdı?

Məqalə barədə məlumatMüəllif, BBC AzərbaycancaVəzifə, Redaksiya

Azərbaycan xarici işlər naziri Türkiyədə səfərdədir. Səfər Azərbaycanın rəsmi və hökumətə yaxın mediasında Türkiyə hökumətini tənqid edən yazılardan və Ankara-Bakı münasibətlərinin soyuqlaşmasına dair şərhlərdən sonra baş tutur.

Gözə görünən hər şey - yəni, Azərbaycan mediasında tənqidi yazılar və Türkiyə mediasında soyuqlaşmalara dair ardıcıl şərhlər Erdoğanın “Qarabağa girdiyimiz kimi” deməsindən sonra başladı.

Əslində, müşahidə edənlər deyir ki, soyuqlaşmanın kökü göründüyündən daha dərindir.

İyulun əvvəlində Şuşada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Türkiyə Prezidenti Recep Tayyib Erdoğan iştirak etmədi. Azərbaycanda hökumət mediası xəbər verirdi ki, cənab Əliyev Erdoğana məsləhət görüb ki, Şuşa səfərindən imtina edib Almaniyada futbol matçını izləməyə getsin.

“Belə bir mühim tədbirdə iştirak hansısa final futbol oyununa görə təxirə salına bilməzdi, salınmamalı idi”, - siyasi təhlilçi Elman Fəttah deyir.

Erdoğanın Şuşada Türk Dövlətləri başçılarının Zirvə görüşünə getməməsi ictimayyətin diqqətini o qədər də cəlb etməsə də, onun iyulun sonunda İkinci Qarabağ müharibəsi ilə bağlı söylədiyi fikirlər Azərbaycan və Türkiyədə müzakirələrə səbəb oldu.

Doğrudur, bu hadisədən sonra Erdoğan Türkiyədəki meşə yanğınlarının söndürülməsində Azərbaycanın köməyini yüksək qiymətləndirdiyini demək üçün Prezident İlham Əliyevə zəng etdi.

Lakin buna qədər artıq rəsmi “Azərbaycan” qəzetində Türkiyənin tənqid olunduğu və dolayısıyla Erdoğana cavab verilən məqalə dərc olunmuşdu.

Erdoğan nə demişdi?Paylaşımını ötürün YouTubeGoogle YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Qəbul edin və davam edinXəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

Paylaşımın sonu YouTube

Məzmun mövcud deyil

Daha çoxu üçün YouTubeBBC kənar saytların məzmununa məsul deyil.

İyulun 28-də Recep Tayyip Erdoğan vətəni Rizedə sədri olduğu AKP-nin yerli iclasında çıxışı zamanı İsraili tənqid edərkən, Türkiyənin 2-ci Qarabağ müharibəsində yaxından iştirakına dəlalət edən sözlər söyləyib.

O, Türkiyə ordusunun Qəzzaya girə biləcəyini iddia edərkən, “Necə ki, Qarabağa, Liviyaya girmişik, onlara da eynisini edərik, etməməyimiz üçün heç bir səbəb yoxdur” fikrini səsləndirib.

Bu fikirlər, Azərbaycanın artıq illərdir ki, Erdoğanı tənqid etməyi dayandıran hökumətyönlü mediasında qəzəb püskürtdü.

“Qarabağa Azərbaycan əsgəri girib”

“Azərbaycan” qəzetindəki məqalə “Qarabağ zəfərinin müəllifi Müzəffər Ali Baş Komandan və Azərbaycan Ordusudur” başlığı ilə dərc olunub. Bu yazı Türkiyə mediasında da günlərlə müzakirə olundu.

“Qarabağa, Ağdama, Füzuliyə, Laçına, Cəbrayıla, Zəngilana, Qubadlıya, Kəlbəcərə, Şuşaya, Hadruta, Xocalıya, Ağdərəyə, Əsgərana, Xankəndiyə YALNIZ VƏ YALNIZ İLHAM ƏLİYEVİN MÜZƏFFƏR KOMANDANLIĞI İLƏ AZƏRBAYCAN ƏSGƏRİ GİRDİ! Necə deyərlər, Nida!” , - yazıda böyük hərflərlə qeyd olunur.

Türkiyədən incikliyin tez-tez vurğulandığı yazıda “İkinci Qarabağ müharibəsində Türkiyənin etdiyi bütün hərbi yardımların ödənişini Azərbaycan son qəpiyinə kimi ödəyib” mesajı da var.

Türkiyə-Azərbaycan münasibətlərində İsrail məsələsi

Türkiyə və Azərbaycan bir-birinə mədəni və siyasi bağlarla yaxın olsa da, xarici siyasətlərində eyni xətti tutmaq barədə razılığa gəlsələr də, mövqelərinin kəskin fərqləndiyi bir məsələ var ki, bu da İsraildir. Hər ikisi Fələstini dövlət olaraq tanısa da, Azərbaycanla İsrailin münasibətləri yaxındır və 2-ci Qarabağ müharibəsində Azərbaycan Türkiyə ilə yanaşı İsraildən də çoxlu silah alıb. Və almaqda davam edir. Həmçinin, Azərbaycan neftinin ən böyük alıcısı İsrail hesab olunur.

Bu ilin əvvəlində İstanbulda bir qrup şəxs Azərbaycan şirkəti olan "Socar Türkiyə"-nin ofisinə hücum etdi. Socar dedi ki, nefti İsrailə birbaşa satmır, təchizatçı şirkətlərin qərarlarına isə qarışmır.

Türkiyənin İsrailin Qəzzada apardığı müharibəyə dair Erdoğanın istifadə etdiyi qınaq və hədə dolu kəskin cümlələr isə Azərbaycan rəhbərliyinin sülhə çağıran mülayim bəyanatlarından çox fərqlənir.

Qəzzada,

Şəklin mənbəyi, Getty Images

Chosen
143
bbc.com

1Sources