"Qarabağ" klubu bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində Xorvatiya təmsilçisi "Dinamo Zaqreb" ilə cavab qarşılaşmasına çıxacaq.
Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək oyunun start fiti saat 20:45-də səsləndiriləcək və "CBC Sport"la canlı təqdim ediləcək.
Görüşü İngiltərədən olan baş hakim Maykl Oliver idarə edəcək.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunu
20 avqust
"Qarabağ" - "Dinamo" (Xorvatiya)
Baş hakim: Maykl Oliver (İngiltərə).
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.
Qeyd edək ki, tərəflər arasında baş tutan ilk oyun Xorvatiya klubunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.