EN

Qəzzada minlərlə uşaq peyvənd olunacaq » Medical Media


Beynəlxalq humanitar təşkilatlar avqustun 31-də poliomielit peyvəndinin birinci mərhələsinə başlayacaqlar.

Bu barədə Fələstin Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.

Məlumata görə, bu müddət ərzində 640 min uşaq peyvənd olunacaq.

"Bir sıra beynəlxalq və yerli təşkilatlarla birgə həyata keçirilən peyvənd kampaniyası 2024-cü il avqustun 31-də başlayacaq və 7 gün davam edəcək. Peyvəndləmə Qəzza zolağında 640 minə yaxın uşağı, eləcə də Xan-Yunis və Rəfahda 200 min uşağı əhatə edəcək", - deyə məlumatda bildirilib.
Cəmiyyət artıq Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondundan (UNICEF) peyvəndləri saxlamaq üçün dörd xüsusi soyuducu alıb, Fələstin Qızıl Aypara Cəmiyyətinin anbarları Xan-Yunis və Rəfahda preparatın əsas saxlanma məntəqələri olacaq.

Qeyd edək ki, avqustun 16-da Fələstin Səhiyyə Nazirliyi Qəzza zolağının mərkəzində 10 aylıq körpədə ilk təsdiqlənmiş poliomielit halının qeydə alındığını açıqlayıb. Bundan bir neçə saat əvvəl ÜST və UNICEF birgə bəyanatda Qəzzada avqustun sonu və sentyabr aylarında poliomielit əleyhinə iki fazalı peyvənd kampaniyası barədə elan etmişdilər.

BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dyujarrik avqustun 27-də bildirib ki, BMT Qəzza zolağında peyvəndləmənin aparılacağı 11 tibb mərkəzində hazırlıqlara başlayıb. Onun hesablamalarına görə, 10 yaşa qədər 640 mindən çox uşaq peyvənd ediləcək.

Chosen
76
34
medicalmedia.az

10Sources