EN

40 yaş kiçik sevgilisindən ayrıldı - FOTO

Türkiyənin məşhur aparıcısı Mehmet Ali Erbil və özündən 40 yaş kiçik olan sevgilisi Gülseren Ceylanın sevgisi uzun sürməyib.
Bakupost.az türk mediasına istinadla bildirir ki, sevgilisi ilə eyni evdə yaşayan Erbil bu yaxınlarda dini nikah qıyıb.
Erbildən uşaq sahibi olmaq istədiyini deyən Gülseren Ceylan açıqlamasında münasibətlərini bitirdiklərini deyib.
İnstaqram hesabında paylaşım edən Ceylan, "Mehmet Ali ilə yolları ayırdım. İnşallah bu dəfə saxtakarlıq etməyərək bizə hörmət edərsiniz. Ayrılığın səbəbi fikir ayrılığı olduğu üçün bir-birimizə daha çox zərər vermədən, xaos olmadan, xoşbəxt və müsbət bir şəkildə bitirdik", deyib.

Chosen
120
5
sherg.az

7Sources