EN

"Qarabağ" "Dinamo Zaqreb"ə məğlub oldu

"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında Xorvatiyanın "Dinamo" (Zaqreb) kollektivi ilə qarşılaşıb.

Missiya.Az Oxu.Az-a istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyun qonaqların 0:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmada hesabı 33-cü dəqiqədə Marko Pyatsa açıb. 53-cü dəqiqədə isə Ağdam təmsilçisinin heyətində Mateus Silva avtoqol müəllifi olub.

Qeyd edək ki, bu nəticənin ardından qitənin ən nüfuzlu klub turnirində mübarizəni dayandıran "Qarabağ" yoluna Avropa Liqasında davam edəcək.

Chosen
50
15
missiya.az

10Sources