Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanovun əmri ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib.
E-saglam.az xəbər verir ki, bu barədə Ucar Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Belə ki, xəstəxananın direktor vəzifəsi İlqar Mustafayevə həvalə olunub.
O, 2004-2010-cu illərdə Azərbaycan Beynəlxalq Universitetinin Müalicə işi fakültəsində təhsil alıb.
İlqar Mustafayev 2011-2024-cü illərdə Göyçay Rayon Mərkəzi Xəstəxanasında Təcili və Təxirəsalınmaz Tibbi Yardım üzrə həkim, 2020-2024-cü illərdə Bestlab Klinikasında həkim-terapevt, 2020-2022-ci illərdə Məhəmmədi modul tipli Xəstəxanasında həkim-terapevt, 2020-2022-ci illərdə Ağdaş Rayon Mərkəzi Xəstəxanasında həkim, 2022-2024-cü illərdə Ucar Rayon Mərkəzi Xəstəxanasında Təcili və Təxirəsalınmaz Tibbi Yardım üzrə həkim vəzifəsində çalışıb.
E-saglam.az