EN

"Toyota" nın yeni modeli neçəyədir?

Dünyanın ən prestijli avtomobil markalarından olan "Toyota" yeni modelini təqdim edib.

Avtosfer.az xəbər verir ki, yeni SUV modeli "Starlet Cross" adlanır.

Bu avtomobil Cənubi Afrika bazarında satışa çıxarılıb. Sözügedən model "Suzuki Fronx" ilə bənzərlik təşkil etməsi ilə də diqqət çəkir. 

"Starlet Cross" 1,5 litrlik atmosfer mühərrikinə malikdir. 105 at gücü hasil edən bu mühərrik 5 pilləli mexaniki və ya 4 pilləli yarı avtomatik transmissiya ilə birləşdirilib. Üstəlik, avtomobilin Hindistan üçün nəzərdə tutulan versiyası 1.0 və 1.2 litrlik mühərrik variantları da təklif edilir.

Qeyd edək ki, bu avtomobil Cənubi Afrikada 20 min dollardan satışa çıxarılıb. 

(hit.az)

Chosen
80
1
avtosfer.az

2Sources