EN

“Starbucks”ın yeni baş direktoru işə təyyarə ilə gedib-gələcək

“Starbucks” yeni CEO Brayan Nikola Cənubi Kaliforniyadakı malikanəsindən şirkətin Sietldakı baş qərargahına uçmaq üçün korporativ təyyarə təqdim edib, Banker.az bu barədə İnc.ru-ya istinadən xəbər verir.

Keçən həftə təqdim edilən təklif məktubunda, qəhvə şəbəkəsi bununla rəhbərin təxminən 1000 mil uzaqlıqdakı Sietl şəhərinə köçmək ehtiyacını aradan qaldırmış olur. “Starbucks” nümayəndəsi bildirib ki, Brayan Nikol vaxtının çox hissəsini şirkətin Sietldəki baş ofisində keçirəcək.

Nikol “Starbucks”ın yeni baş direktoru kimi ən azı 113 milyon dollar qazanmaq potensialına malikdir. Onun əsas maaşı 1.6 milyon dollardır, üstəlik o, 10 milyon dollar bonus almışdır.

Chosen
189
50
banker.az

10Sources