EN

Qəzzada son sutkada ölənlərin sayı açıqlandı

Qəzza zolağında son 24 saat ərzində davam edən döyüşlər nəticəsində azı 58 nəfər ölüb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi Teleqram kanalında məlumat yayıb.

Departamentin məlumatına görə, gün ərzində 130-dan çox fələstinli yaralanıb və xəstəxanaya yerləşdirilib.

Bildirilib ki, 2023-cü il oktyabrın 7-dən etibarən Qəzzada eskalasiyanın qurbanlarının ümumi sayı 40 534-ə yüksəlib, 93 778 nəfər yaralanıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Chosen
122
50
milli.az

10Sources