EN

Konfrans Liqası: "Zirə" sonuncu matçında qələbə qazandı

"Zirə" cari mövsüm UEFA Konfrans Liqasında sonuncu oyununu keçirib.

hakimiyyet.az-ın məlumatına görə, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv pley-off mərhələsinin cavab matçında Bakıda Kiprin "Omoniya" klubunu qəbul edib.

Qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.

79-cu dəqiqədə Rafael Utziq fərqlənib.

Səfərdə rəqibinə altı cavabsız qolla uduzan "Zirə" avrokubokla vidalaşmalı olub.

08:00

Bu gün UEFA Konfrans Liqasının pley-off matçının cavab görüşündə "Zirə" Kiprin "Omoniya" klubunu qəbul edəcək.

hakimiyyet.az xəbər verir ki, səfərdə 0:6 hesabı ilə məğlub olan komandamız doğma meydanda qalib gəlməyə çalışacaq.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə 20:00-da start götürəcək.

29 avqust

UEFA Konfrans Liqası

Pley-off mərhələsi

"Zirə" - "Omoniya"

Saat 20:00, Dalğa Arena

Chosen
97
6
hakimiyyet.az

10Sources