EN

"Zirə" qələbə qazandı -

"Zirə" cari mövsüm UEFA Konfrans Liqasında sonuncu oyununu keçirib.Metbuat.az-ın məlumatına görə, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv pley-off mərhələsinin cavab matçında Bakıda Kiprin "Omoniya" klubunu qəbul edib.Qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.79-cu dəqiqədə Rafael Utziq fərqlənib.Səfərdə rəqibinə altı cavabsız qolla uduzan "Zirə" avrokubokla vidalaşmalı olub.***21:40Bakıda "Zirə" və Kiprin "Omoniya" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda hesab açılıb.Metbuat.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi qonaqları mərkəzə dəvət edib.79-cu dəqiqədə Rafael Utziq fərqlənib.***21:05Bakıda "Zirə" və Kiprin "Omoniya" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda ikinci hissə başlayıb.Metbuat.az-ın məlumatına görə, hələlik matçda hesab açılmayıb.20:46Bakıda "Zirə" və Kiprin "Omoniya" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda ilk hissə başa çatıb."Report"un məlumatına görə, tərəflər fasiləyə qolsuz bərabərliklə yollanıblar.***20:01Bakıda "Zirə" və Kiprin "Omoniya" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu başlayıb.Metbuat.az-ın məlumatına görə, qarşılaşma saat 20:00-da start götürüb.Görüşü Latviyadan olan hakim Vitaliys Spasyonnikovs idarə edir.

Qeyd edək ki, tərəflər arasındakı ilk oyunda Kipr təmsilçisi 6 cavabsız qolla qalib gəlib.

Chosen
67
8
metbuat.az

10Sources