EN

"Zirə" avrokuboklara qələbə ilə vida etdi

"Zirə" cari mövsüm UEFA Konfrans Liqasında sonuncu oyununu keçirib.

Prosport.Az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv pley-off mərhələsinin cavab matçında Bakıda Kiprin "Omoniya" klubunu qəbul edib.

Qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.

79-cu dəqiqədə Rafael Utziq fərqlənib.

Səfərdə rəqibinə altı cavabsız qolla uduzan "Zirə" avrokubokla vidalaşmalı olub.

Chosen
63
6
prosport.az

10Sources