EN

Mpox diaqnostik testlərindən istifadə təmin ediləcək - ÜST ÇAĞIRIŞ EDİB » Medical Media



ÜST mpox diaqnostik testlərinə sürətli çıxışı təmin etmək üçün istehsalçılara çağırış edib.

ÜST “in vitro diaqnostik” (IVD) mpox istehsalçılarından Fövqəladə Hallarda İstifadə Siyahısına (EUL) daxil edilmək üçün bu məsələyə diqqət etmələrini xahiş edib. Xüsusilə, aşağı gəlirli ölkələrdə effektiv diaqnostikaya ehtiyac barədə istehsalçılarla davamlı müzakirələr aparıb. Test insanların mümkün qədər tez müalicə alması və virusun yayılmasının qarşısını almaq üçün açardır. 

Qeyd edək ki, 2022-ci ildən bəri ÜST dünya üzrə təxminən 150.000 mpox diaqnostik testlər təqdim edib ki, bunun da dörddə birindən çoxu Afrika regionundakı ölkələrə göndərilib. 

ÜST yaxın həftələrdə Afrika ölkələrinə daha 30,000 test təqdim edəcək.

Chosen
129
medicalmedia.az

1Sources