EN

Azərbaycanın UEFA reytinqindəki xalı artdı: Neçənci yerdəyik?

Avrokuboklarda pley-off mərhələsinə yekun vurulub.

Publika.az xəbər verir ki, Avropa Liqası və Konfrans Liqasının cavab oyunlarının ardından UEFA reytinqində müəyyən dəyişikliklər olub.

Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda Kipr klubu “Omoniya”nı 1:0 hesabı ilə məğlub edən “Zirə” ölkəmizin aktivinə daha 0,250 xal yazdırıb. 26-cı pillədə qalan Azərbaycan xal ehtiyatını 19.125-ə yüksəldib.

Cari mövsüm Azərbaycan klubları ümumilikdə 2,375 xal qazanıblar. Ölkə reytinqinə “Zirə” 1,250, “Qarabağ” 0,750, “Sabah” 0,250, “Sumqayıt” 0,125 xal əlavə edib.

Sıralamadakı qonşularımızdan 25-ci pillədəki Kiprin 19,725, 27-ci yerdəki Bolqarıstanın 18,875 xalı var.

Chosen
146
50
publika.az

10Sources