Bakıda avtomobil oğurlamaqda təqsirləndirilən Sərdar Qəzənfərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan iş materialları baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib.
Hakim Pərviz Muradovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, S.Qəzənfərov paytaxtın Suraxanı rayonunda “Renault” markalı avtomobil qaçırmaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə