EN

Rusiyaya gələn əcnəbilərdən görün nə tələb olunacaq - Dekabrın 1-dən...

Rusiyaya daxil olan əcnəbilərdən biometrik məlumatlar (üz şəkli və barmaq izləri) tələb olunacaq.

Publika.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, qayda dekabrın 1-dən etibarən tətbiq ediləcək.

Bu prosedurdan yalnız Belarus vətəndaşları, 6 yaşdan kiçik uşaqlar və diplomatlar azad olunacaq.

Birinci mərhələdə prosedurun Moskvanın Şeremetyevo, Domodedovo, Vnukovo və Jukovski hava limanlarında, həmçinin Orenburq vilayətinin Maştakovo keçid məntəqəsində həyata keçirilməsi nəzərdə tutulub.

Chosen
184
7
publika.az

10Sources