EN

Rusiyaya gələn əcnəbilərdən görün nə tələb olunacaq - Dekabrın1-dən...

Rusiyaya daxil olan əcnəbilərdən biometrik məlumatlar (üz şəkli və barmaq izləri) tələb olunacaq.

 

Sfera.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, qayda dekabrın 1-dən etibarən tətbiq ediləcək.

 

Bu prosedurdan yalnız Belarus vətəndaşları, 6 yaşdan kiçik uşaqlar və diplomatlar azad olunacaq.

 

Birinci mərhələdə prosedurun Moskvanın Şeremetyevo, Domodedovo, Vnukovo və Jukovski hava limanlarında, həmçinin Orenburq vilayətinin Maştakovo keçid məntəqəsində həyata keçirilməsi nəzərdə tutulub.

 

İkinci mərhələdə (30 iyun 2025-ci il tarixindən etibarən) bütün Rusiya sərhəd-keçid məntəqələrində həmin prosedur tətbiq ediləcək.

Chosen
199
7
sfera.az

10Sources