EN

"Qalatasaray" Derrik Köhnü göndərdi

"Qalatasaray" Derrik Köhnlə yollarını ayırıb. Sport24.az xəbər verir ki, almaniyalı futbolçu "Verder"ə icarəyə verilib.
 
Razılaşmaya əsasən, Bremen klubu mövsümün sonunda cinah müdafiəçisini transferini rəsmiləşdirə bilər. Bunun üçün "Verder" 5 milyon 125 min avro ödəməli olacaq.
 
Qeyd edək ki, qışda "Hannover"dən transfer olunan 25 yaşlı futbolçu "Qalatasaray"da ümidləri doğrultmayıb. Köhn komandanın heyətində 19 oyunda 1 qol vurub.

Chosen
120
2
sport24.az

10Sources