"Arsenal” "Çelsi”nin futbolçusunu transfer etdiyini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, bu futbolçu Rahim Sterlinqdir. İngiltərəli oyunçu ilə imzalanan müqavilə cari mövsümünün sonuna qədər nəzərdə tutulub.

29 yaşlı futbolçu ötən mövsüm Premyer Liqada meydana çıxdığı 31 matçda 8 qol vurub.