EN

US Open: Cokoviç mübarizəni dayandırdı

Dünya reytinqinin ikincisi olan serbiyalı tennisçi Novak Cokoviç US Open turnirinin 3-cü mərhələsində avstraliyanı təmsil edən Aleksey Popırinə uduzub

Bu, onun adıçəkilən turnirin 3-cü mərhələsində son 18 ildə ilk məğlubiyyəti olub.

3 saat 20 dəqiqə davam edən görüşdə Cokoviç rəqibinə 1:3 (4:6, 4:6, 6:2, 4:6) hesabı ilə uduzub.

4-cü mərhələdə Popırin ABŞ təmsilçisi Frensis Tiafo ilə üz-üzə gələcək.

Qeyd edək ki, Cokoviç 24 qələbə ilə kişilər və qadınlar arasında Böyük Dəbilqə yarışlarında təkli halda ən çox qələbə qazanmış (Marqaret Kort ilə birlikdə) idmançıdır. O, ATP seriyalı turnirlədə 99 dəfə qalib gəlib, bunlardan 98-ni təkli halda bacarıb.

Chosen
39
2
cbcsport.az

3Sources