EN

Qadınların davası: ikisi birləşib birini döydü, canını qurtarmaq üçün özünü...

Rusiyanın Sverdlovsk vilayətinin Karpinsk şəhərində 47 yaşlı qadın onu döyən təcavüzkarların əlindən qaçmaq üçün özünü üçüncü mərtəbədəki mənzildən aşağı atıb.

Publika.az xəbər verir ki, bu barədə E1.ru saytına zərərçəkənin qardaşı oğlu məlumat verib.

Onun xalası Larisa keçmiş ərinin rəfiqəsi tərəfindən mənzilə qapadılıb. Mənzildə onun sabiq həyat yoldaşının bacısı da olub. İki qadın Larisanı döyməyə başlayıb.

“Bir saatlıq zorakılıqdan sonra qadınlardan biri bıçağı çıxararaq Larisanı öldürəcəyini bildirib. Xalam sağ qalmağın yeganə yolunu tullanmaqda görüb və özünü balkondan aşağı atıb. İndi o, bir neçə ay yataq şəraitində qalmalı olacaq ”, - deyə qardaşı oğlu bildirib.

Chosen
838
13
publika.az

10Sources