Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da Lüksemburqa qarşı səfərdə, 10-da isə Serbiya yığması ilə Bakıda qarşılaşacaq.

Offsideplus.az xəbər verir ki, bu oyunlar üçün milli komandanın heyəti müəyyən olub.

AFFA-nın mətbuat xidməti təlim-məşq toplanışına çağırılan futbolçuların siyahısını açıqlayıb:

Qapıçılar: Eldar Tağızadə ("Tudelano", İspaniya), Xəyal Fərzullayev ("Sumqayıt"), Rüstəm Samiqullin ("Neftçi");

Müdafiəçilər: Süleyman Damadayev ("Qəbələ"), İbrahim Ramazanov ("Turan Tovuz"), Emin Rüstəmov ("Səbail"), Cəlal Hüseynov ("Arda", Bolqarıstan), Eşqin Əhmədov ("Qəbələ"), Rüfət Əhmədov ("Turan Tovuz"), Rüfət Abbasov ("Şamaxı");

Yarımmüdafiəçilər: Abdulla Rzayev ("Sabah"), Mahir Həsənov ("Kəpəz"), Qurban Səfərov ("Şamaxı"), Mirəli Əhmədov (MOİK), Rauf Rüstəmli ("Şamaxı"), Emil Səfərov ("Neftçi"), Xəyal Əliyev ("Sabah"), Fərid Yusifli ("Turan Tovuz"), Şahin Şahniyarov ("Qəbələ"), Zeynəddin Abdurahmanov ("Cəbrayıl"), Samir Məhərrəmli ("Cəbrayıl"), Samir Abdullayev ("Səbail");

Hücumçular: Murad Vəliyev ("Nomme Yunayted", Estoniya), Camal Cəfərov ("Sabah"), Ağadadaş Salyanskiy ("Neftçi").