EN

Şəbnəm toy sahibi ilə dalaşdı, mikrofonu atıb tərk etdi – ANBAAN VİDEO

Məhərrəmlik ayı başa çatar-çatmaz Şəbnəm Tovuzlu ilk toyundaca böyük qalmaqal yaşayıb.
Qadın müğənni özünü “toy sahibi” kimi təqdim edən şəxslə mahnı ifa etdiyi məqamda ciddi mübahisəyə başlayıb.
Buna səbəb həmin şəxsin Şəbnəmlə əl-qolla və sərt danışması olub. Müğənni bu davranışa sərt etiraz edərək, sözügedən kişiyə ağır ifadələrlə cavab verib. Tərəflər sakitləşdirmək mümkün olmayıb. Müğənni tanımadığı həmin şəxsə “Sənin həyat yoldaşın yazıqdır”, – ifadəsi ilə odun üstünə “benzin töküb”.
Əsəbləri soyumayan Ş.Tovuzlu mahnını yarımçıq saxladıb, mikrafonu ataraq həmin şəxsə hədə-qorxu dolu ifadələr işlədərək restoranı tərk edib.
Sözügedən qalmaqal videonu təqdim edirik:

(Titul.az)
 

Chosen
114
20
arantv.az

10Sources