EN

Azərbaycanda dövlət standartlarının tətbiqi artıb - Məmməd Abbasbəyli

2023-cü ildə Azərbaycanda dövlət standartlarının tətbiqi 2020-ci illə müqayisədə 6 dəfə artıb.

Fins.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli "X" sosial şəbəkəsindəki hesabında məlumat verib.

Onun sözlərinə görə, son illərdə ölkə iqtisadiyyatının müxtəlif sektorları üzrə standartların tətbiqi genişləndirilib:

ölkədə standartların tətbiqinin genişlənməsi məhsul istehsalı və xidmətlərin müasir tələblərə uyğun təşkil edilməsi, iqtisadi fəaliyyətlərdə innovativ texnologiyaların tətbiqi, insanların həyat və sağlamlığının mühafizəsi, məhsul və xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına geniş imkanlar yaradır.

Fuad Mədətov
Fins.az

Chosen
122
16
fins.az

10Sources