EN

Səid Nəcəfzadə paralimpiya çempionu oldu!

Azərbaycanın daha bir təmsilçisi – Səid Nəcəfzadə Paris-2024 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.

Arena.az xəbər verir ki, T12 kateqoriyasında mübarizə aparan paraatlet uzunluğa tullanma növündə çıxış edib.

Səid Nəcəfzadə 7,27 metr nəticə ilə paralimpiya çempionu olub.

Bu gün Azərbaycanın paraüzgüçüsü Roman Saley də növbəti sınağına çıxıb. Amma o, bu dəfə finala yüksələ bilməyib. Saley 50 metr məsafəyə sərbəst üsulla üzməkdə mübarizə aparıb. S12 kateqoriyasında yer alan idmançı 24,39 saniyə ilə 9-cu olub. Təmsilçimiz ilk “8-liy”ə düşə bilmədiyi üçün finala vəsiqə qazanmayıb.

Xatırladaq ki, Saley Rio-2016-nın gümüş, Tokio-2020-nin üçqat qızıl mükafatçısıdır.

Paris-2024-də daha əvvəl Azərbaycanın hesabında 1 qızıl, 1 gümüş və 1 bürünc medal var idi. Raman Saley 100 metr məsafəyə arxasıüstə üzməkdə gümüş mükafat əldə edib. Azərbaycan parataekvondoçuları – İmaməddin Xəlilov (70 kq) qızıl, Sabir Zeynalov (58 kq) isə bürünc medala sahib çıxıblar.

Beləliklə, Yay Paralimpiya Oyunlarında Azərbaycanın hesabında hazırda 2 qızıl, 1 gümüş və 1 bürünc medal var. Bu göstərici ilə ölkəmiz 22-ci pillədə qərarlaşıb.

Chosen
165
36
arena.az

10Sources